Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Rusiya ticarət-iqtisadi əməkdaşlığı və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan və Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ilkin məsələlərə və avqustun 25-26-da Qırğızıstanda keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti sessiyasına hazırlıq işlərinə də toxunublar.