Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edən layihəni dövriyyəyə buraxıb.
Layihəyə əsasən, Ermənistan-Azərbaycan sərhədinin hissələrində üç yeni avtomobil nəzarət buraxılış məntəqəsi olacaq: Geğarkunik bölgəsində Sotk icmasından ER dövlət sərhədi M11 magistral yoluna doğru (Kəlbəcər rayonu), Ararat bölgəsinin Yerasx icması (Sədərək rayonu, Sədərək kəndi), Syunik bölgəsinin Karahunc icmasından təxminən 7.5 km cənub, cənub-şərq M2 magistral yolu (Qubadlı rayonu, Eyvazlı kəndi).
Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
Layihə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən hazırlanıb.
Layihənin qəbulu ilə yeni keçid məntəqələrinin tikintisi və təchiz edilməsi üçün əlavə maliyyə vəsaiti cəlb etmək lazım gələcək.