BMT-nin baş katibi Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə iştirak etmək üçün avqustun 18-də Lvova səfər etdi.
Tərəflər Zaporojya AES ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər. Daha sonra Quterreş taxıl müqaviləsində iştirak edən Odesanın üç limanından biridə olacaq.
Xatırladaq ki, bundan əvvəl, avqustun 15-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Quterreşlə telefon danışığı aparıb.