Azərbaycanda meşə yanğınları tüğyan edir. Onlar ölkənin dörd rayonunda (Qəbələ, Şabran, Quba və Siyəzən) bir anda başlayıblar. Səbəb iki həftədir davam edən anomal isti havadır.
Yanğınlarla mübarizəni çətin relyef və yanğını daha da genişləndirən güclü külək də çətinləşdirir. Yanğının söndürülməsi üçün amfibiya təyyarələri və helikopterlərdən istifadə olunub, çoxlu sayda yanğınsöndürən, xilasedici və könüllülər çalışır.
Meteoroloqların proqnozlarına görə, Azərbaycanda isti hava şəraiti avqustun 20-dək davam edəcək.