“Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rot Avropanı Azərbaycanla qaz müqaviləsi bağlamaqla Aİ məqsədlərini və insan hüquqları standartlarını pozmaqda ittiham edib.
“Rusiya qazını əvəz etmək istəyən Avropa İttifaqı avtoritar hökumətlə - bu dəfə Azərbaycanla “iqlim sahəsində Alyansın məqsədlərinə və insan hüquqları standartlarına zidd olaraq” növbəti qaz müqaviləsi imzalayıb”, - deyə Rot “Twitter” mikrobloqunda yazıb.