Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında hərtərəfli və uzunmüddətli sülhə nail olmaq üçün fəaliyyətini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirdi.
“Dağlıq Qarabağda və onun ətrafında baş vermiş son döyüşlər nəticəsində insan tələfatı və yaralananlarla bağlı dərin narahatlığımızı ifadə etdik. Biz gərginliyi azaltmaq və tərəflər arasında eskalasiyanın qarşısını almaq üçün təcili addımlar atmağa çağırdıq. Hesab edirik ki, son vaxtlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün digər məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və sabit şəkildə həllinin zəruriliyini vurğuladı”,- Ned Prays vurğualdı.
Ned Prays qeyd etdi ki, ABŞ tərəflərlə işləməyə davam etmək öhdəliyinə sadiqdir.
Dövlət Departamentinin katibi qeyd etdi ki, ABŞ ölkələrə uzunmüddətli hərtərəfli sülh tapmağa kömək etmək üçün həm ikitərəfli, həm də Avropa İttifaqındakı həmfikir tərəfdaşlarla, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi bunu etməyə davam edəcək.