Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Yerevanda baş verən partlayışla bağlı ER baş nazirinə başsağlığı verib.
“Bu gün Yerevanın “Surmalu” ticarət mərkəzində baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların xatirəsinə yas tutan bütün ermənilərə qoşuluram.
Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalmasını arzulayıram”, - Avropa Şurasının prezidenti Şarl Mişel Twitter səhifəsində yazıb.