“Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bu barədə FHN-in mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində yazıb.
“Bir müddət əvvəl xilasedicilər dağıntılar altından daha bir cəsədi çıxarıblar. Hazırda ölənlərin sayı 16 nəfərdir. Axtarış-xilasetmə əməliyyatları davam edir”.