İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 taktiki qırıcı təyyarə Suriya hava məkanına daxil olmadan Suriyanın Tartus və Dəməşq əyalətlərinə səkkiz idarə olunan raketləri ilə zərbə endirib, onlardan ikisi Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu barədə Suriyada münaqişə edən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov məlumat verib.
Onun sözlərinə görə, aviazərbələr nəticəsində Suriya Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, daha 3 hərbçi isə yaralanıb.