İran Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelə İranın nüvə sazişinin bərpasına dair saziş layihəsinin mətni ilə bağlı öz cavabını göndərib, həmçinin danışıqlarda həllini tapmayan məsələlərə münasibət bildirib. Bu barədə İranın İSNA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran iki gün ərzində qarşı tərəfdən cavab alacağını gözləyir.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kanani mətbuat konfransında Vyana danışıqlarında İranın “qırmızı xətlərinin” saxlanılması və onun əsas maraqlarının təmin edilməsi şərti ilə bağlı konsensusun əldə olunacağını açıqlayıb.