Gürcüstanın baş naziri İrakli Qaribaşvili Yerevanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı başsağlığı verib.
“Ermənistanın paytaxtında atəşfəşanlıq anbarında baş vermiş partlayış və nəticədə insanların itkin düşməsi və yaralanması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Bu kədərli anda erməni dostlarımıza səmimi başsağlığı verirəm. Düşüncələrimiz və dualarımız həmin faciə qurbanlarının ailələri və yaxınları ilədir”, – deyə Qaribaşvili Twitter mikrobloqunda yazıb.