Rusiya prezidenti Vladimir Putin Yerevanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana başsağlığı teleqramı göndərib.
“Hörmətli Nikol Vovayeviç,
Yerevanın ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin.
Xahiş edirəm, həlak olanların ailələrinə səmimi başsağlığımı və dəstəyimi çatdırın, həmçinin bütün xəsarət alanların tezliklə sağalmasını arzulayın”, - Kremlin saytında dərc olunmuş teleqramın mətnində deyilir.