Çinin Ermənistandakı səfirliyi “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin və yaralananların ailələrinə başsağlığı verib.
“Çinin Ermənistandakı səfirliyi Yerevanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verir”, - deyə başsağlığı mesajında deyilir.