BMT-nin baş katibi Antonio Quterreşin Zaporojya AES ilə bağlı mövqeyi suallar doğurur, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT Təhlükəsizlik Şurasının sessiyasının nəticələrini şərh edərkən deyib.
“O, Ukrayna rəhbərliyinə heç bir mesaj verməyib. O, ya reallığı qəbul etmək iqtidarında deyil, ya da istəmir”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Zaxarova vurğulayıb ki, yayın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) razılaşdırılmış və hazırlanmış missiyasının Atom Elektrik Stansiyasına səfəri Quterreş və Baş Katiblik üzündən uğursuzluqla nəticələnib.