Sabiq deputat, general-mayor Seyran Saroyan dünyasını dəyişib.
S. Saroyan 1967-ci il sentyabrın 3-də Eçmiədzin rayonunun Haykaşen kəndində anadan olub. O, Qarabağ hərəkatının fəal iştirakçılarından biridir. 1989-cu ildə könüllü dəstə yaradıb, Ermənistanın sərhəd rayonlarını müdafiə edib, Artsaxın azad edilməsi uğrunda döyüşüb. Onun tabeliyində olan dəstə, sonralar “Artsvik-10” batalyonu və əməliyyat qrupu Karvaçar, Qubadlı, Zangelanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşlar.
1993-2007-ci illərdə ER Silahlı Qüvvələrində alayın, briqadanın, 2-ci, sonra isə 4-cü ordu korpusunun komandiri olub. 2000-ci ildə ona general-mayor rütbəsi verilib. Ona, Ermənistan Respublikasının Prezidenti tərəfindən “Şücaət medalı” (1994), II dərəcəli “Döyüş xaçı” (1996) və “Vətənə xidmətə görə” birinci dərəcəli (2006) medalları, ER müdafiə naziri tərəfindən “Marşal Bağramyan” (1997), "Drastamat Kanayan" (2002), I və II dərəcəli "Qüsursuz xidmətə görə" medalları (2003, 2004) verilib. 2007-ci ildə mayın 12-də 19 saylı seçki dairəsindən Parlament deputatı seçilib.