Kanadanın xarici işlər naziri Melani Coli parlamentarilərin müşayiəti ilə avqustun 11-də Toronto Erməni Mərkəzində olub.
“Burada, Skarboroda Kanada erməniləri ilə görüşmək çox xoşdur. Biz Kanada və Ermənistan arasındakı sıx əlaqələri, erməni demokratiyasına dəstəyimizi və daha güclü icmanın necə qurulmasını müzakirə etdik”, - deyə XİN rəhbəri özünün “Twitter” mikrobloqunda yazıb.
O, görüşün təşkilinə görə Kanada Erməni Milli Komitəsinə təşəkkür edib.