Böyük Britaniya Ukraynaya M270 reaktiv yaylım atəşi sistemləri verib.
Bu barədə müdafiə naziri Aleksey Reznikov öz “Twitter“ səhifəsində yazıb.
“Böyük Britaniya söz verdi, Böyük Britaniya sözünü tutdu. Ukraynaya yeni M270 reaktiv yaylım atəşi sistemləri gəlib”, - o yazıb.
M270 sistemləri hədəfi 80 kilometr məsafəyə qədər dəqiqliklə məhv edə bilir.