Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub.
Medianın məlumatına görə, tərəflər Türkiyə-İran münasibətlərini, Yaxın Şərqdəki son hadisələri və İranın nüvə sazişi ilə bağlı danışıqları müzakirə ediblər.