Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü ilə bağlı razılıq yoxdur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Lurer”in sualına cavab olaraq bildirib.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin xüsusi nümayəndələrinin görüşləri barədə ictimaiyyəti vaxtında məlumatlandırırıq”, – deyə Vahan Hunanyan bildirib.
Daha əvvəl Türkiyə KİV-i xüsusi nümayəndələrin növbəti görüşünün sentyabrda baş tutacağına dair məlumat yayıb.