Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada beşinci İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Görüş mətbuata qapalı keçirilib.
Türkiyə və Azərbaycan prezidentləri iqtisadiyyat, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Tərəflər son regional hadisələrə toxunublar.