Artsax Təhlükəsizlik Şurasının ofisi şuranın katibi Vitali Balasanyanın Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan rəsmiləri ilə Berdzorda olmasına dair mətbuatda dərc olunan məlumatlara cavab verib.
Ofisin məlumatında bildirilir ki, Vitali Balasanyanın Berdzor şəhərinə səfəri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan Artsaxı Ermənistana birləşdirən yeni marşrutun tikintisinin gedişi ilə tanış olmaq məqsədilə bağlıdır.
Ofisdən həmçinin təsdiqləyiblər ki, səfər Rusiya sülhməramlı kontingenti, eləcə də Azərbaycan tərəfinin nümayəndələri ilə baş tutub.