Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Dağlıq Qarabağ ətrafındakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə etdikləri bütün razılaşmaların tam icrasının vacibliyi bir daha təsdiqlənıb.