Avropa Parlamentinin fransalı üzvü Natali Luazo öz Twitter mikrobloqunda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Bakının Syunikə qarşı iddialarına dair yazısına cavab verib.
“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və hər fürsətdə alovlanması bir yana, Azərbaycan onda daha böyük imkanlar görür və görünür, dayanmaq və əldə etdikləri ilə kifayətlənmək istəmir. Onu kim dayandıracaq, Ermənistanı kim qoruyacaq? Biz eyni vaxtda bir neçə böhranı izləyə bilmərikmi?” – deyə Avropa Parlamentinin deputatı yazıb.