ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan prezidenti arasında telefon danışığı olub.
“Bu gün dövlət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Dövlət katibi Blinken Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn məsələlərin həlli üçün Azərbaycan və Ermənistan arasında gərginliyi azaltmağa və birbaşa dialoqa başlamağa çağırıb”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Bundan əvvəl ABŞ dövlət katibi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı aparıb.