Avqustun 4-dən 5-nə keçən gecə və səhər saat 09:00-a olan məlumata görə, təmas xəttində əməliyyat-taktiki vəziyyət nisbətən sabitdir. Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, gərginlik, ümumiyyətlə, saxlanılır.
Azərbaycan bölmələri bəzi istiqamətlərdə odlu silahlardan istifadə etməklə atəşkəs rejimini pozub. Erməni tərəfindən itkilər yoxdur.
Yaralı hərbçilərin bir qismi sağalaraq tibb müəssisələrindən buraxılıb. Yaralı hərbçilərdən 3-nün vəziyyəti ağır, daha birinin vəziyyəti isə müəyyən müsbət dinamika ilə son dərəcə ağır olaraq qalır.
Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi ilə vəziyyətin daha da sabitləşməsinə yönəlmiş işlər davam edir.