ABŞ-in ATƏT-dəki səfiri Maykl Karpenter özünün “Twitter” mikrobloqunda qeyd edib ki, hərbi əməliyyatların bərpası ilə bağlı xəbərlərə görə Dağlıq Qarabağda və regionda yaşayan insanların təhlükəsizliyindən narahatdır.
“Biz 2020-ci ildəki kimi genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq istəmirik. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”.