Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan Fransa Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Luyonu qəbul edib. Bu barədə hökumətdən məlumat verilib.
Görüş zamanı həmsöhbətlər son regional hadisələri, həmçinin ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə ediblər.
Artaşes Tumanyan ER hökumətinin iqtisadiyyat sahəsində fəaliyyətini, xüsusən də infrastrukturun inkişafı istiqamətində həyata keçirilən proqramları təqdim edib.
Bu kontekstdə nəqliyyat infrastrukturlarının, su və irriqasiya sistemlərinin tikintisi və bir sıra digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığının imkanları müzakirə edilib.