Avqustun 4-də bir qrup radikal dini qrupunun üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qruplaşma üzvləri Azərbaycanın Kensinqtondakı səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər.
Bildirilib ki,Azərbaycanın Britaniyadakı səfirliyinə girənlər "The Mahdi Servants Union" adlı radikal dini qruplaşmanın üzvləridir.