Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı guya ki, Artsax Müdafiə Ordusunun bölmələri fasilələrlə müxtəlif çaplı silahlardan istifadə etməklə 9 dəfə atəşkəs rejimini pozublar. Artsax Respublikasının Müdafiə Ordusu bildirdi ki, bu, Azərbaycan tərəfinin növbəti dezinformasiyasıdır və həqiqətə uyğun deyildir.
“Daha əvvəl bildirdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejimini mütəmadi olaraq pozur. Hazırkı gərginliyə baxmayaraq, təmas xəttində əməliyyat-taktiki vəziyyət nisbətən sabitdir”,- bəyanatda qeyd olunur.