Avqustun 3-dən 4-nə keçən gecə və səhər saat 09:00-a olan məlumata görə, təmas xəttində əməliyyat-taktiki vəziyyət nisbətən sabitdir. Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, Azərbaycan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı odlu silahlardan istifadə etməklə bəzi hissələrdə atəşkəs rejimini pozub.
Müdafiə Ordusunun bölmələri tərəfindən itki yoxdur. Xəsarət alan 19 hərbçidən 4-nün vəziyyəti ağır, birinin vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir. Digər yaralıların vəziyyəti qənaətbəxşdir.
Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə vəziyyəti sabitləşdirmək üçün addımlar atılır.