KTMT-nin baş katibi Stanislav Zas Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama verib.
“KTMT Katibliyi Dağlıq Qarabağda silahlı toqquşmalar və insan itkiləri ilə bağlı xəbərlərdən narahatdır.Biz münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün yalnız diplomatik üsullardan istifadə etməyə çağırırıq”, - deyə qeyd olunub.