Kreml Qarabağdakı gərginlikdən dolayı narahatdır və tərəfləri sakitliyə və üçtərəfli razılaşmaların icrasına çağırır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kreml nümayəndəsi Qarabağda baş verənlərin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələdə əsas istinad nöqtəsi üçtərəfli sazişlərdir, tərəflər bütün öhdəliklərini yerinə yetirməlidirlər.
"Erməni tərəfi ilə olan təmas mövcud məsələlərin aydınlaşdırılmasına kömək edəcək", - Peskov bildirib.
Vəziyyətin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavabında isə Peskov bildirib ki, bunu istisna etmək olmaz.