Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Dağlıq Qarabağ ərazilərindəki gərginliyə münasibət bildirib. Nazirlik regiondakı gərginlikdən narahat olduğunu deyib.
“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.
XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.