NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Piris Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı xəbərləri narahatedici adlandırıb.
“NATO Cənubi Qafqazda sabitlik və rifaha töhfə verəcək Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini tam dəstəkləyir”,- Kolomina tviter mikrobloqunda yazdı.
Xavier Kolomina qeyd etdi ki, Cənubi Qafqaz regionu alyans üçün strateji əhəmiyyət kəsb edən regiondur.