Ermənistan Xarici İşlər Nazirliyi Arstaxda Azərbaycanın törətdiyi növbəti təxribatı pisləyib.
XİN bəyanatında qeyd olunub ki, cari il avqustun 3-də Azərbaycan silahlı qüvvələri Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması ilə bağlı 2020-ci il tarixli bəyanatını növbəti dəfə pozaraq Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında təcavüz törədib, bunun nəticəsində itkilər və yaralılar var.
“Ermənistan tərəfinin regionda sabitliyə və sülhə nail olmaq üçün atdığı addımlara baxmayaraq, Azərbaycan Dağlıq Qarabağın əhalisini terror etmək, Dağlıq Qarabağı etnik təmizləməyə və Dağlıq Qarabağı sürünən işğala məruz qoymaq planlı siyasətini davam etdirir.
Xatırladaq ki, bu ilin martın 24-də Parux kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin qanunsuz irəliləməsi, 2020-ci ilin dekabrın 11-də Xtsaber və Hin Tağer kəndləri istiqamətində törətdiyi hücum da buna bənzər təcavüz və atəşkəs rejiminin pozulması halları idi. Bunlar da Dağlıq Qarabağda Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında yerləşdiyi ərazilərdir.
Üçtərəfli Bəyannamənin 6-cı bəndi ilə müəyyən edilmiş Laçin dəhlizində hüquqi rejimin birtərəfli qaydada dəyişdirilməsi cəhdi ilə bağlı Azərbaycan tərəfinin bəyanatları qəbuledilməz hesab edirik. Biz bir daha təsdiq edirik ki, Laçın dəhlizindən keçən marşrut yalnız bəyanatı imzalayan tərəflərin təsdiq etdiyi plana uyğun olaraq dəyişdirilə bilər.
Noyabrın 9-da olan bəyanatda aydın şəkildə göstərildiyi kimi, tərəflərin (Rusiya Federasiyası, Ermənistan Respublikası və Azərbaycan Respublikası) razılığı ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçin dəhlizi ilə yeni nəqliyyat marşrutunun tikintisi planı müəyyənləşəcək.
Biz vurğulayırıq ki, bu günə qədər üçtərəfli formatda təsdiq edilmiş belə bir plan yoxdur və biz üçtərəfli bəyanatın bütün tərəflərini öhdəliklərini yerinə yetirməyə, 9 noyabr tarixli bəyanatı ilə müəyyən edilmiş şərtləri, o cümlədən atəşkəs rejiminin qorunması, regional kommunikasiyaların açılması, hərbi əsirlərin azad edilməsi, girovların, digər həbs edilmiş şəxslərin qaytarılması istiqamətində səy göstərməyə çağırırıq.
Biz bir daha qeyd edirik ki, Ermənistan Respublikasının bütün öhdəliklərini yerinə yetirir. 9 noyabr üçtərəfli bəyanatının bir sıra bəndlərinin yerinə yetirilməməsinin səbəbi Azərbaycanın onları özbaşına şərh etməsi, davam edən aqressiv ritorikası və hərəkətləridir.
Ermənistan Respublikası regionda sülh və sabitliyin bərqərar olunması gündəliyinə sadiqliyini bir daha təsdiq edərək, beynəlxalq ictimaiyyəti Azərbaycanın təcavüzkar münasibətinin və hərəkətlərinin dayandırılması üçün tədbirlər görməyə və lazımi beynəlxalq mexanizmlərin yaradılması istiqamətində addımlar atmağa çağırıb”,- XİN bəyanatında qeyd olunub.