Polşanın ATƏT-dəki sədrliyi Cənubi Qafqazdakı gərginliyi ilə bağlı narahatlığını bildirdi.
“Biz Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq. Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.