ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.
Blinken qeyd edib ki, ABŞ “Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün tərəfdaşlarla və ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəsilə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərməyə hazırdır”.