Avropa İttifaqı Azərbaycan və Ermənistanı Laçin dəhlizi və təmas xətti ətrafında son hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Bu barədə Avropa Birliyinin bəyanatında bildirilir.
Qeyd edilir ki, əsas məqam gərginliyin azaldılması, atəşkəs rejiminə tam əməl olunması və danışıqlar masasına qayıtmaqdır. Aİ gərginliyin aradan qaldırılmasına sadiqdir.
“Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və xəsarətlərlə nəticələnib. Deeskalasiyaya nail olmaq, atəşkəsə tam hörmət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir”,- deyə bəyanatda qeyd olunub.
Avropa İttifaqı gərginliyin həllinə kömək etməyə və Cənubi Qafqazda davamlı sülh və sabitliyə töhfə verməkdə davam etməyə hazırdır.