Avqustun 3-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspçiki qəbul edib.
Ararat Mirzoyan Azərbaycan tərəfindən üçtərəfli bəyanatların özbaşına təfsir edilməsini və vəziyyətin sabitliyini pozmaq cəhdlərini pisləyi. Nazir vurğualdı ki, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin vəziyyətə ünvanlı qiymət verməsi çox vacibdir.
Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş Ermənistan tərəfinin konstruktiv mövqeyi bir daha təsdiq olunub.