Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib. O, bu məsələdə Vaşinqtonu tənqid edib.
"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm. Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə etmirəm", - S.Lavrov əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN yaydığı bəyanatda ABŞ-ın addımlarını təxribat xarakterli hadisə kimi qiymətləndirib.