Avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.
Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.