İyulun 23-də saat 13:30 radələrində Qeğarkunik rayonunun sərhəd zonasında erməni sərhədçiləri Azərbaycan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədini keçmiş əsgəri, sıravi Kamiz Mübariz oğlu İbayevi aşkar ediblər. Məlum olub ki, əsgər yolu azıb.
Ermənistan MN-in mətbuat katibi Aram Torosyan bildirib ki, İbayev Azərbaycana Rusiya sülhməramlı kontingentin vasitəçiliyi ilə qaytarılıb.