Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı hissəsində Azərbaycan ordusunun atəşkəs rejimini 3 dəfə pozması faktı qeydə alınıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi Qarabağdakı rus sülhməramlı missiyası ilə bağlı günlük press-relizində qeyd edib.
Rusiya MN atəşkəsin pozulması nəticəsində Dağlıq Qarabağ silahlı qüvvələrinin nümayəndəsinin yaralandığını açıqlayıb:
“Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti nizama salıb. Tərəflərin təmas xəttində dəyişiklik etməsinə icazə verilməyib”,-məlumatda deyilir.