Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan danışıqlarına toxunub.
“Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik. Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bir an öncə açılması bütün bölgə ölkələrinin xeyrinə olacaq", - Türkiyənin XİN başçısı vurğulayıb.
Nazir həmçinin əlavə edib ki, Ankara da münasibətlərin normallaşması istiqamətində addımlar atır.