İyulun 27-də Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı yeni dövlətlərarası iddia qaldırıb.
İddiada “Azərbaycanın təcavüzü nəticəsində” Xramort və Parux kəndlərinin sakinlərinin hüquqlarının pozulmasından danışılır.
Həmçinin iddiada 2021-2022-ci illərdə Azərbaycan hərbçilərinin Qarabağ ermənilərinə qarşı güc tətbiq etməsi və bunun nəticəsində “yaşamaq hüququnun pozulduğu” barədə ittihamlar var.