Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib.
44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin həllinə toxunan tərəflər erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal azad edilməsinin zəruriliyini vurğulayıblar.