İyulun 29-da Ermənistan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avagyan İranın Şərqi Atropatena vilayətinin qubernatoru Zeynolabedin Xoram ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib.
“Həmsöhbətlər ticarət-iqtisadi əlaqələrin fəallaşmasından, mal dövriyyəsinin artmasından danışıblar. Hər iki tərəfdən ER-İİR ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq üçün bütün imkanların olduğu qeyd edilib.
Səfir Avagyan ER-İİR əlaqələri kontekstində ER-nin Syunik rayonu və İİR-in Şərqi Atropatena vilayəti arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyət verdi”, - məlumatda deyilir.