ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Sinqapura səfəri zamanı prezident HalimaYakob və baş nazir Li Hsien Lunla görüşəcək.
Pelosi bildirib ki, Asiya turu zamanı Amerika nümayəndə heyətinin Malayziya, Cənubi Koreya və Yaponiyada da yüksək səviyyəli görüşləri olacaq. Bu siyahıda Tayvanın adı çəkilməyib.
Daha əvvəl media bildirdi ki, Pelosi avqustda Tayvana səfər etməyi planlaşdırır, lakin koronavirus səbəbindən bu ideyadan vaz keçdiyini bildirmişdi. Pekin onun adaya səfərinin cavabsız qalmayacağı, Çinin sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.