Odessa limanından çıxan qarğıdalı yüklü ilk gəmi sabah yerli vaxtla təxminən saat 15:00 İstanbul boğazına çatacaq.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, gəmi Müştərək Koordinasiya Mərkəzində çalışan bütün tərəflərin iştirakı ilə yoxlanmasından sonra yoluna davam edəcək.