İraqın Sabereen News teleqram kanalı tərəfindən yayılan sənədlərə görə, 2022-ci il aprel ayında Azərbaycan gizli şəkildə Ukrayna Silahlı Qüvvələrini sursatla təmin edib.
Həmin sənədlərə əsasən, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yanında fəaliyyət göstərən “CIHAZ Industrial Association” şirkəti Ukraynanın “Ukrspetseksport” şirkəti üçün aviabombalar göndərib.
Təchizat Ukraynanın “Meridian” aviaşirkəti tərəfindən həyata keçirilib.